Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Bərdədə silah-sursat və narkotik vasitələr aşkarlanaraq götürülüb

Bərdə rayonunda polis əməkdaşları tərəfindən silah-sursat və narkotik vasitələr aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Hüseynov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov AK-74” markalı avtomat, həmin silaha məxsus daraq və 28 ədəd patron aşkar edilərək götürülüb.

Bundan əlavə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Kamil Həsənov və Şamil Həsənov saxlanılıblar. K.Həsənovun üzərindən və evindən 2 kiloqram 350 qramdan artıq marixuana, Ş.Həsənovun üzərindən isə külli miqdarda heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Check Also

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu …