Cümə , 5 Dekabr 2025
Drone Cameras

Bəzi ölkələrdən Azərbaycana müvafiq malların idxalına məhdudiyyət qoyulub

Azərbaycana dörd ölkənin bəzi ərazilərindən müvafiq malların idxalına məhdudiyyət tətbiq olunub. 

Bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Xorvatiyanın Bjelovar-Biloqora bölgəsi, Macarıstanın Şomod inzibati ərazi vahidində blutanq xəstəliyi, Liviya Dövlətinin Əl Mərqab dairəsində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Amerika Birləşmiş Ştatlarının Cənubi Dakota ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

AQTA ölkə ərazisinin yoluxucu xəstəlikdən qorunması məqsədilə həmin ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla müvafiq malların idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Check Also

Azərbaycanda daha bir meyit donordan böyrək transplantasiya olunub

Azərbaycanda beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən biri uzun illər dializ müalicəsi alan …