Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Bağçalarda müdir vakansiyası müsabiqəsinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Məktəbəqədər təhsil müəssisələrində müdir vakansiyası üçün keçirilmiş müsabiqənin müsahibə mərhələsi üzrə nəticələr elan olunub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, cari ilin mart ayında məktəbəqədər təhsil müəssisələrində boş olan müdir vakansiyası üçün müsabiqənin test imtahanı mərhələsi keçirilib. Bu mərhələdə uğur qazanan namizədlər iyunun ilk 10 günlüyündə Bakı Şəhər Təhsil İdarəsi və Regional Təhsil İdarələri tərəfindən müsahibələrə dəvət ediliblər.

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi üzrə nəticələr namizədlərin şəxsi kabinetlərinə göndərilib.

Qeyd edilib ki, nəticələr ilə bağlı apellyasiyaya müraciət etmək istəyən namizədlər 21-25 iyun 2024-cü il tarixlərində müsahibədə iştirak etdikləri Təhsil İdarələrinə müraciət edə bilərlər.

Check Also

Oktyabrın 2-də ilin ikinci Günəş tutulması olacaq

Bu ilin ikinci Günəş tutulması oktyabrın 2-də baş verəcək. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika …