Çərşənbə , 18 Mart 2026
Drone Cameras

Bakıda Böyük Britaniyanın hərbi orkestrinin nümunəvi çıxışı

Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Krallığının Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən iyunun 12-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) Böyük Britaniya və Şimali İrlandiyanın Kral Ordusunun “Salamanka” və Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin birgə nümunəvi çıxışı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, orkestrlərin çıxışlarını Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts, hərbi attaşesi polkovnik-leytenant Deyvid Ethelli, TTM-in, həmçinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti izləyiblər.

Hərbi orkestrlərin ifasında Azərbaycan, ingilis və dünya bəstəkarlarının tanınmış müasir və klassik musiqi əsərlərindən parçalar, həmçinin müxtəlif ölkələrin hərbi marşları səsləndirilib. Musiqi ifası zamanı hərbi orkestrlər hərəkətdə yerdəyişmənin fənd və üsullarını da məharətlə nümayiş etdiriblər.

Ölkəmizə səfəri çərçivəsində Birləşmiş Krallığın hərbi orkestrinin Müslüm Maqomayev adına Dövlət Filarmoniyası və Fəvvarələr meydanında açıq səma altında da konsert və birgə nümunəvi çıxışları təşkil ediləcək.

Check Also

İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı

İstanbulda Bosfor boğazında gəmi hərəkəti təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq dayandırılıb. Boğazda gəmi hərəkəti 04:53-dən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir