Cümə , 19 Sentyabr 2025
Drone Cameras

Bakıda Çexiyanın müstəqillik günü qeyd edilib

Bakıda Çexiyanın müstəqillik günü ilə bağlı rəsmi qəbul təşkil olunub.

APA-nın məlumatına görə, tədbirə Azərbaycanın dövlət və hökumət nümayəndələri, diplomatik korpus rəsmiləri və digər qonaqlar qatılıblar.

Tədbirdə çıxış edən Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka ölkəsinin müstəqillik tarixindən danışıb. O, Azərbaycan ilə Çexiya arasında gözəl münasibətlərin olduğunu deyərək əlaqələrin siyasi və iqtisadi cəhətdən inkişaf etdiyini bildirib, Çexiyanın Avropa İttifaqı ölkələri arasında Azərbaycanla ən yaxşı tərəfdaşlıq əlaqələri olan ölkələrdən biri olduğunu deyib.

Daha sonra çıxış edən Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərov Azərbaycanın müstəqilik qazanmasından sonra Çexiya ilə Azərbaycan arasında münasibətlər üçün yeni səhifə açıldığını bildirib: “Çexiyanın neftə olan tələbatının 31,6 faizini Azərbaycan təmin edir. Azərbaycanda isə Çexiya investorları çox fəaldır. Hər iki ölkənin əlaqələrinin inkişafı üçün böyük potensial var. Gələcək inkişaf naminə hər iki ölkə liderləri də güclü siyasi iradə nümayiş etdirir”.

Check Also

Terrorçuluğa görə Azərbaycanda həbsdə olan livanlı erməni muzdlunun aclıq etməsi xəbəri təsdiqini tapmayıb

Erməni mətbuatında Azərbaycanda terrorçuluğa görə 20 il azadlıqdan məhrum edilmiş Eulcekciyan Viken Abrahamın guya aclıq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir