Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Bakıda Çexiyanın müstəqillik günü qeyd edilib

Bakıda Çexiyanın müstəqillik günü ilə bağlı rəsmi qəbul təşkil olunub.

APA-nın məlumatına görə, tədbirə Azərbaycanın dövlət və hökumət nümayəndələri, diplomatik korpus rəsmiləri və digər qonaqlar qatılıblar.

Tədbirdə çıxış edən Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka ölkəsinin müstəqillik tarixindən danışıb. O, Azərbaycan ilə Çexiya arasında gözəl münasibətlərin olduğunu deyərək əlaqələrin siyasi və iqtisadi cəhətdən inkişaf etdiyini bildirib, Çexiyanın Avropa İttifaqı ölkələri arasında Azərbaycanla ən yaxşı tərəfdaşlıq əlaqələri olan ölkələrdən biri olduğunu deyib.

Daha sonra çıxış edən Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərov Azərbaycanın müstəqilik qazanmasından sonra Çexiya ilə Azərbaycan arasında münasibətlər üçün yeni səhifə açıldığını bildirib: “Çexiyanın neftə olan tələbatının 31,6 faizini Azərbaycan təmin edir. Azərbaycanda isə Çexiya investorları çox fəaldır. Hər iki ölkənin əlaqələrinin inkişafı üçün böyük potensial var. Gələcək inkişaf naminə hər iki ölkə liderləri də güclü siyasi iradə nümayiş etdirir”.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir