Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Antalyada baş verən partlayışda 10 nəfər yaralanıb

Bu gün yerli vaxtla səhər saat 08.50 radələrində Antalya Sənaye və Ticarət Palatasının binasının duracağında bir avtomobildə baş verən partlayış nəticəsində 10 nəfər yüngül yaralanıb.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Antalya Valiliyi məlumat yayıb. Həmin şəxslər şüşə parçalarının ətrafa saçılması nəticəsində xəsarət alıblar.

Partlayışın səbəbi, terror aktı olub-olmadığı hələlik dəqiqləşməsə də, şahidlər hadisənin baş verdiyi avtomobildə partlayıcı qurğu olduğunu bildiriblər. Hadisə zamanı ətrafdakı 4 avtomobilə ziyan dəyib. Eyni zamandakı yaxınlıqdakı binaların pəncərələrinin şüşələri sınıb.

Qeyd edək ki, bu gün Antalya Sənaye və Ticarət Palatasında bir toplantı keçirilməsinin planlaşdırıldığı və Antalya Böyük şəhər Bələdiyyəsinin sədri Menderes Türelin də toplantıda iştirakının nəzərdə tutulduğu üzə çıxıb. M. Türel jurnalistlərə planında dəyişiklik olmadığını və günorta saatlarında toplantıda iştirak edəcəyini bildirib.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir