Cümə , 26 Aprel 2024
Drone Cameras

Siqareti tərgitmək istəyənlərə dövlət yardım edəcək

Azərbaycanda siqareti tərgitmək istəyənlərə dövlət tərəfindən yardım ediləcək. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsi tərəfindən hazırlanan “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun lahiyəsində öz əksini tapıb.

Qanun layihəsində siqareti tərgitmək istəyənlər üçün xüsusi dövlət proqramı əsasında dövlət, bələdiyyə və özəl səhiyyə müəssisələrində pulsuz yardımın göstərilməsi nəzərdə tutulur.

Qanun layihəsində həmçinin siqaretin uşaqlara, yeniyetmələrə satılmaması məsələsi öz əksini tapıb. Bundan əlavə, qanun layihəsində siqaret əleyhinə təbliğatın aparılması, bir çox qapalı məkanlarda siqaret çəkilməsinin qadağan edilməsi nəzərdə tutulur.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir