Cümə axşamı , 12 Dekabr 2024
Drone Cameras

Meksika mətbuatı: Metsamor AES dünya üçün nüvə təhlükəsinə çevrilmədən fəaliyyətinə son verilməlidir

Meksikanın nüfuzlu ingilisdilli “The News” qəzetində baş redaktor Tereza Marqolisin müəllifliyi ilə “Yenidən Çernobıl” sərlövhəli məqalə yayımlanıb.

Azərbaycanın Meksikadakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalənin giriş hissəsində bildirilir ki, Çernobıl və Fukuşimadan daha dağıdıcı bir nüvə qəzasının olması gözlənilir və bu potensial nüvə fəlakəti geosiyasi fırıldaqlıqlar və iqtisadi maraqlar tərəfindən alovlandırılır. Türkiyə sərhədindən yalnız 16 km məsafədə, eləcə də İran, Gürcüstan və Azərbaycanın ərazisi Naxçıvana yaxın olduqca təhlükəli seysmik bölgədə yerləşən Ermənistandakı Metsamor nüvə stansiyası yer kürəsində ən təhlükəli atom elektrik stansiyasıdır. Metsamor AES-in 1976-ci ildə fəaliyyətə başladığı və istifadə müddətinin 30 il (2006-ci ilə qədər) təyin edildiyi vurğulanır. 2009-cu ildə 200 milyon dollara başa gəlmiş və rus mühəndisləri tərəfindən yenidən təmir edilən Metsamor AES-in Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən 2016-cı ilə qədər istifadə edilməsi uyğun hesab edilib, lakin buna baxmayaraq rəsmi Yerevan Metsamorun 2026-cı ilə qədər fəaliyyətinə davam edəcəyini açıqlayıb.

T.Marqolis, seysmik zonada inşa edilmiş Metsamora 77 km məsafədə yerləşən Ermənistanın ikinci böyük şəhəri Gümrüdə 1988-ci ildə baş verib, 25 mindən çox insanın tələfatı və yarım milyondan çox insan evsiz-eşiksiz qalması ilə nəticələnmiş zəlzələ zamanı AES-in rəsmi olaraq fəaliyyətinə son verildiyini nəzərə çatdırıb. Bildirib ki, 1994-cü ildə Azərbaycanın Dağlıq Qarabağ ərazisinin Ermənistan tərəfindən işğal edilməsindən sonra İrəvan və Bakı arasında yaranmış gərginliyin nəticəsi olaraq Azərbaycan öz ərazisindən keçən Rusiya və Türkmənistan neft və qazına icazə vermədiyi üçün Ermənistan elektrik enerjisi problemi ilə qarşı-qarşıya qaldı. Dünyadakı nüvə mütəxəssislərinin tövsiyələrini qulaqardı edərək Ermənistan milli enerji tələbatını təmin etmək üçün Metsamor AES-in yenidən fəaliyyətə başlaması yönündə qərar verdi. Müəllif vurğulayır ki, tarxidə ilk dəfə olaraq bir nüvə eletrik stansiyası yenidən fəaliyyətə başlayıb, bu qərar beynəlxalq ictimaiyyət, xüsusilə də Türkiyə, İran, Gürcüstan və Azərbaycan tərəfindən sərt təndiq edilib.

Həmçinin məqalədə qeyd olunur ki, istifadə müddəti bitən Metsamorun yerinə bu il Ermənistanda yeni nüvə bloku inşa ediləcəkdi. Lakin milli büdcə kəsintiləri və beynəlxalq dəstəyin çətinliyi səbəbiylə, onun tikintisinə başlanılmadı. Metasmor AES-in yeni blokunun tikintisinə ən böyük maneə lazımi maliyyə vəsaitinin olmaması idi. Hökumətin vəd etdiyi yeni blokun tikintisi təxminən 5 milyard ABŞ dollarına başa gələcəkdir ki, bu da Ermənistanın 2009-cu il dövlət büdcəsindən iki dəfə artıqdır.

Müəllif Ermənistandan keçmiş Sovet İttifaqı ölkələri içərisində ən kasıb ölkələrindən biri və Moskvanın siyasi “qucaq iti” kimi bəhs edərək nəzərə çatdırın ki, Ermənistan Metsamorun yeni blokunun inşasının yarısını ödəmək üçün (hansı ki, bu ölkə Çernobıl texnologiyasının istifadəsi əsasında Metsamor AES-i inşa etmişdi) Rusiya ilə anlaşmış, qalan 2,5 milyard dolların maliyyələşdirilməsi məsələsində isə Fransanı (dünyanın ən böyük nüvə enerji sənayesinə sahib ölkə) razı salmışdı. Yeni blokun tikintisinin başa çatdırılması üçün başlanğıcda həm Rusya, həm də Fransa maliyyə vəsaitini ödəməyə öhdəlik qəbul etsələr də, daha sonra 2008-ci ildə dünyada baş vermiş qlobal iqtisadi böhranın nəticəsində hər iki tərəf də üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməkdən imtina etdi. Rəsmi Moskva beynəlxalq arenadakı neft qiymətinin aşağı düşməsi ilə əlaqədar Metsamor məsələsindən daha da uzaqlaşmağa davam etdi.

Daha sonra müəllif özünün də iştirakçısı olduğu 29-30 sentyabr tarixlərində Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumunda dəyirmi masa ətrafında müzakirələr zamanı, Moskvadakı Kurçatov Nüvə Enerjisi İnstitutunun direktor müavini Yaroslav Ştrombax, Metsamor AES-in yenidən qurulması ilə əlaqədar Rusiyanın yardımdan imtina etməsi məsələsi ilə qarşı-qarşıya qaldığı nəzərə çatdılıb. Ştrombaxın kəskin və müdafiə edici şəkildə cavab verərək, seysmik zonada inşa edilmiş bu stansiyanın problemlərini həll etmək məcburiyyətində olmadıqlarını və hal-hazırda bunun artıq ermənilərin problemi olduğunu qeyd edib. Lakin bu məqamda T.Marqolis diqqətə çatdırır ki, Ştrombax korporativ məsuliyyət və yaSamsung Note 7 telefonunun uğursuzluğu barədə heç nə eşitməyib. Lakin qeyd etmək lazımdır ki, seysmik zonada səhv və düşünülməmiş şəkildə inşa edilmiş bir AES, alovlar içərisindəki qüsurlu bir mobil telefondan daha çox təhlükəlidir.

Eyni zamanda T.Marqolis bildirir ki, Metsamor stansiyasının ilə bağlı ən böyük narahatlıq doğuran məsələ budur ki, bir qəza halında ortaya çıxacaq radiasiyanın qarşısının alınması üçün heç bir mühafizə binası, polad və ya konkret qoruyucu örtük yoxdur. Nəticə olaraq, dağılma və ya partlayış reaktorun üst hissənidə (dəri) meydana gəldikdə, radioaktiv maddələrin sızıntısı zamanı bir ərimə və ya patlayışa səbəb ola biləcək təzyiqin yığılmasının qarşısının alınması üçün hava ventilyasiya sisteminin mövcud olması lazım idi.

Sonda məqalədə müəllif, Avstriyanın Vyana Tətbiqi Ekologiya İnstitutuna görə dağlıq regionda yerləşən Metsamor AES-də qəza baş verəcəyi təqdirdə reaktorun aktiv zonasının soyudulması üçün tələb olunan qədər su olmadığını vurğulayır. İndilik Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin enerji ehtiyaclarını qarşılamaq məqsədilə gözləmə oyunu oynadığı və öz xalqının, eləcə də, digər xalqların təhlükəsizliyini qumara qoyduğunu diqqətə çatdırır. Lakin Ermənistandakı Metsamor AES-in həm region və həm də dünya üçün açıq və mövcud bir təhlükə olduğu, bütün dünya üçün nüvə təhlükəsinə çevriləcək 7-ci səviyyəyə çatmadan fəaliyyətinə son verilməli olduğunu vurğulayır.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir