Şənbə , 29 İyun 2024
Drone Cameras

Bakıda şok: direktor arvadını 5-ci mərtəbədən atdı – Təfərrüat

Taxveli Adelya Azər qızının yaşadığı 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərən ölməsi ilə bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi açılıb.

Bu barədə Axar.az-a Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov məlumat verib.

E.Sultanov bildirib ki, fakta görə Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) cinayət işi başlanıb.

Cinayəti törətməkdə şübhəli olanTaxveli Ramiz Pərviz oğlu saxlanılıb. İstintaq aparılır.

Cinayəti törətməkdə şübhəli olan “Buta Palas”ın art direktoru Taxveli Ramiz Pərviz oğlunun əməli sübuta yetirilərsə, onu yeddi ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xatırladaq ki, 1988-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə, Rəşid Behbudov küçəsi, ev 65, mənzil 51 ünvanında qeydiyyatda olmaqla yaşayan Taxveli Adelya Azər qızı naməlum səbəbdən yaşadığı ünvanda 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərək ölüb.

Onun həyat yoldaşı Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış, qurudulmuş marixuana götürülüb.

Onun sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1/59.48 saylı tibbi müayinəsi zamanı marixuana və BAR (BARBİTURAT) qəbulu nəticəsində yaranmış psixi davranış pozuntusu aşkar olunub. Bakı.vs-nın məlumatına görə, o, Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsində izahat verərkən Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atmasını etiraf edib.

***

“Buta Palas”ın art-direktoru Ramiz Taxvelinin arvadını niyə öldürdüyü məlum olub.

Axar.az Sputnik.az-a istinadən xəbər verir ki, R.Taxveli gecə saat 3-də həyat yoldaşı ilə birlikdə münasibətlərinə aydınlıq gətirmək üçün eyvana çıxıb. Bu zaman uşaqları evdə yatırmış. Cütlük onları oyatmamaq və narahat etməmək üçün söhbət etmək məqsədilə balkona çıxmağı uyğun bilib.

Qeyd edək ki, onların birgə nikahdan iki uşaqları var. Onların böyük uşağı olan 10 yaşlı qızları psixi çatışmazlıqdan əziyyət çəkir.

Son zamanlar cütlük arasında tez-tez bu qəbildən olan münaqişələr baş verirmiş. Hadisə baş verən gecə də, qadın ərinin ittihamlarına cavab verərkən onunla mübahisə edib. Kişi isə bu zaman özünü saxlaya bilməyib və qadına qarşı sözügedən cinayəti törədib.

O, törətdiyi cinayət əməlinə görə, hüquq-mühafizə orqanlarından gizlənməyə cəhd göstərməyib. Polisin hadisə yerinə gəlməsini sakitcə gözləyib. İlkin dindirilmə zamanı o, qətli törətdiyini etiraf edib.

O da məlum olub ki, Taxveli qətli törədən zaman narkotik vasitələrin təsiri altında olub. Özü də etiraf edib ki, marixuana qəbul edib və ekspertiza bu faktı təsdiqləyib.

 

Check Also

AZ/TV: FRANSIZ KÜPÜNƏ SİTAYİŞ

Qarabağdan hazırladığı reportajda maraqlı fakt təqdim edir. “Həftə” proqramında verilmiş bu videomaterialdan məlum olur ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir