Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Bakıda taksi şirkətləri gedişhaqqı tariflərini artırdı

Bakıda taksi xidmətləri ilə məşğul olan şirkətlər gedişhaqqı tariflərini kəskin şəkildə artırıblar.

boyukmillet.com  unikal.org-a istinadən bildirir ki, qiymətlər  50 faizə qədər yüksəlib. Belə ki, əvvəllər *9111 – Ekonom taksi, *2424, *8844 – Siti taksi, 189 – taksi xidməti, *9933 – Salam taksi və digər şirkətlər eyni istiqamətə 3-3.50 manata aparırdılarsa, hazırda bu rəqəm 5-5.40 manat arası dəyişir.

Misal üçün *9933 – Salam taksi Binəqədi qəsəbəsi-Novxanı istiqamətinə 3.30 manata aparırdısa, hazırda bu rəqəm 6 manata qədər yüksəlir.

Mütəxəssislər taksi şirkətlərinin qiymət yüksəltməsinə getməsinə səbəb, vergi ödənişlərinin artmasında görürlər. Bildirirlir ki, vergi ödənişlərində tələblərin artması, şirkətlərin qiymət artımına getməsinə rəvac verib.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir