Bazar , 11 Yanvar 2026
Drone Cameras

Bakı Humanitar Forumunda Azərbaycana qarşı erməni təcavüzü müzakirə olunub

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan erməni təcavüzü nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkünləri qəbul etməyə məcbur oldu.

 

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov V Bakı Beynəlxalq Humanitar Forumunun sessiyasında deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin zəruri həyat şəraitinin təmin edilməsi, onların cəmiyyətə inteqrasiyası üçün bütün mümkün tədbirləri görür.

Ə.Həsənov qeyd edib ki, onlar üçün yaşayış kompleksləri, məktəblər, uşaq bağçaları, xəstəxanalar tikilir: “Azərbaycanın qaçqınlar barəsində milli qanunvericiliyi beynəlxalq qanunvericiliyə uyğundur”.

Sessiya zamanı Azərbaycana qarşı erməni təcavüzü barədə sənədli film nümayiş etdirilib.

Check Also

Sabiq vergi müfəttişi 395 min manatlıq dələduzluqda ittiham olunur

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin sabiq dövlət vergi müfəttişi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir