Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Milli Məclis “Kredit borcları haqqında” qanun layihəsini müzakirə edəcək

Milli Məclisin 2016-cı il payız sessiyasında qanunvericilik işləri planı təsdiqlənib.

 

APA-nın məlumatına görə, qanunvericilik planına 14 bölmədən ibarət məsələlər daxildir. Bunlar Azərbaycan prezidentinin, Ali Məhkəmənin, baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan dövlət büdcəsi zərfinə daxil olan layihələr, “Milli Məclisin deputatının etik davranışı”, “Kinematoqrafiya haqqında”, “Psixoloji yardım haqqında”, “Kredit borcları haqqında”, “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” və s. qanun layihələridir.

Eyni zamanda “Normativ hüquqi aktlar haqqında” qanuna da texniki dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir