Şənbə , 3 Oktyabr 2026
Drone Cameras

Bakı-Ağstafa-Bakı istiqamətində gedənlərə MÜHÜM XƏBƏR

“Azərbaycan Dəmir Yolları” QSC (ADY)  artan sərnişin tələbatını təmin etmək məqsədilə fevralın 1-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Boyukmillet.com bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir.

Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.

Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərsiniz.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Check Also

AZAL Bakıdan Rusiyaya mühüm marşrutu bərpa etdi – 1 il 8 aylıq fasilə başa çatdı

Bakı ilə Rusiyanın Həştərxan şəhəri arasında hava əlaqəsi uzun fasilədən sonra yenidən bərpa olunub. Boyukmillet.com …