Bu ilin yanvar-iyul aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 9 468,754 milyon manat təşkil edib.
Boyukmillet.com BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56,9% çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 18,2% artaraq 6 452 olub.
BFB-nin dövriyyəsinin 58,4%-i, yaxud 5 528,522 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 41,3% çoxdur.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 6 dəfə azalaraq 211,021 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 4,3 dəfə artaraq 3 729,21 milyon manat olub.