Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.
Boyukmillet.com-un xəbərinə görə, Forum çərçivəsində “Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışı” mövzusunda növbəti panel iclası keçirilir.
2004-2009-cu illərdə BMT-nin Ukrayna üzrə Rezident Əlaqələndiricisi Frensis O’Donnellin moderatorluğu ilə keçirilən panel iclasında Tədqiqat və İslam Araşdırmaları üzrə Kral Faysal Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə əlahəzrət Turki əl-Faysal əl-Səud 2001-2011-ci illərdə Ərəb Liqasının Baş katibi, 1991-2001-ci illərdə Misirin xarici işlər naziri Əmir Musa və İslam Əməkdaşlıq Təşkilatının 2004- 2014-cü illərdə Baş katibi Ekmelledin İhsanoğlu iştirak edirlər.
Panel iclası çıxışlarla davam edir.