Bazar , 11 Yanvar 2026
Drone Cameras

Bakı hava limanı payız-qış uçuş cədvəlinə keçir

Sabahdan Heydər Əliyev Beynəlxalq Aeroportu gələn il martın 30-na qədər payız-qış uçuş cədvəlinə keçir.

Boyukmillet.com xəbər verir ki, bu müddətdə Bakıdan 18-i aşağı büdcəli aviadaşıyıcı olmaqla 37 aviaşirkət 70-dən çox istiqamətə müntəzəm və çarter reysləri yerinə yetirəcək.

Payız-qış mövsümündə hava limanı baza aviadaşıyıcısı olan “Azərbaycan Hava Yolları” QSC (AZAL) bir sıra yeni istiqamətlərini açmaqla və yeni aviaşirkətlər cəlb etməklə öz marşrut şəbəkəsini genişləndirəcək. Həmçinin müxtəlif beynəlxalq istiqamətlərə uçuşların tezliyinin artırılması gözlənilir ki, bu da sərnişinlərə daha çox səyahət variantları təqdim edəcək.

“Bakı hava limanı bütün sərnişinlərinə yüksək səviyyədə xidmət göstərməyə çalışır, həmçinin aviadaşımaların təhlükəsizliyini və rahatlığını təmin etmək üçün qabaqcıl texnologiyalar və yenilikləri tətbiq etməyə davam edir”, – deyə məlumatda qeyd olunub.

Check Also

Bakı-Moskva-Bakı marşrutu üzrə bəzi reyslər LƏĞV OLUNDU

Əlverişsiz meteoroloji şəraitlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” QSC (AZAL) Moskva istiqaməti üzrə yerinə yetirilən …