Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Bakı Limanının imkanları Çində təqdim edilib

Çinin paytaxtı Pekində keçirilən “Azərbaycanda investisiya və ticarət” seminarında Bakı Limanının imkanları təqdim edilib.

Boyukmillet.com  bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, seminar Pekində davam edən Çin beynəlxalq xidmət ticarəti sərgisi (CIFTIS) çərçivəsində baş tutub. İqtisadiyyat Nazirliyinin və CIFTIS təşkilat komitəsinin dəstəyi, Azərbaycanın Çindəki Səfirliyində ticarət nümayəndəsinin Aparatının təşkilatçılığı ilə keçirilən seminarda Çinin dövlət qurumlarının məsul işçiləri və iş adamları iştirak edib. Seminarda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın baş direktorunun baş müşaviri Rəşad Kərimovun Çin dilində video çıxışı təqdim edilib. Çıxışda, Bakı Limanının strateji yerləşmə mövqeyi, texniki imkanları, gələcək inkişaf fazası, perespektivləri barədə məlumat verilib.

Check Also

Gürcüstanda Azərbaycan və Ermənistanla sərhəd yolları üçün yeni beynəlxalq tender elan edilib

Gürcüstan hökuməti Rustavi-Tsiteli körpüsü və Alqeti-Sadaxlı əsas yol seqmentlərində aparılacaq tikinti işlərinə nəzarət məqsədilə beynəlxalq …