Cümə axşamı , 17 Aprel 2025
Drone Cameras

Bakı metrosunun 55 illiyinə həsr olunmuş sərgi açılıb

Bu gün “Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasının keçidlərində qurumun 55 illik yubileyinə həsr olunmuş sərgi açılıb.

Boyukmillet.com xəbər verir ki, “Bakı metropoliteni-55. Yolları qovuşduran illər” adlanan sərginin təşkilatçıları Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Milli Arxiv İdarəsinin tabeliyindəki Dövlət Kino-Foto Sənədləri Arxividir.

Sərginin 92 stendində xronoloji ardıcıllıqla 117 nadir fotoşəkil təqdim olunub. Hər stenddə onillik üzrə təqdim olunan metropolitenin tarixi təsvirində izləyicilərə müfəssəl məlumat almaq imkanı yaradılıb.

Sərginin 6 aya yaxın davam etdirilməsi nəzərdə tutulub. İzləyicilərə nümayiş olunan fotolarla virtual qaydada da tanış olmaq imkanı yaradılıb. Bunun üçün izləyicilər fotostendlərdə yerləşdirilmiş QR-kodları mobil cihazlarına yükləyərək, metropolitenin rəsmi saytında yaradılmış bölməyə daxil olaraq, hər bir stend barədə ətraflı məlumat ala bilərlər.

Check Also

Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb

Azərbaycanda yağışlı hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Rəqəmsal …