Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Bakı sakininin həbsdə olan qardaşına narkotik aparmasının qarşısı alınıb

Bakı şəhər sakininin həbsdə olan qardaşına narkotik aparmasının qarşısı alınıb.

Bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rauf Əliabbas oğlu İbrahimovla görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Rafiq Əliabbas oğlu İbrahimovun üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki şalvarın yan cibində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 1,178 qram narkotik maddə – tiryək aşkar edilib.

Daha sonra Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin, Bakı istintaq təcridxanasının əməliyyat aparatının və Sabunçu Rayon Polis idarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində vətəndaş R.Ə.İbrahimovun yaşadığı Bakı şərəri, Yasamal rayon ərazisində yerləşən evində axtarış aparılan zaman orada gizlədilmiş 33 ədəd narkotik tərkibli dərman preparatı və ümumi çəkisi 37 qram müxtəlif növlü narkotik vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər …