Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına daş atılıb

Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına oktyabrın 30-da axşam saatlarında Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb.

Bu barədə Boyukmillet.com “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Məlumata əsasən, nəticədə sərnişinlərin olduğu 2-ci vaqonun pəncərələrindən biri sınıb. Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında ADY-nin qatarlarına hərəkətdə olarkən 36 dəfə daş atılıb.

Check Also

Gəncədə “qara bazar”da qiyməti 1,6 milyon manat olan 27 kq heroin aşkarlanıb

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Bu …