Bazar , 11 Yanvar 2026
Drone Cameras

Bakı-Sumqayıt qatarında bank kartları ilə ödənişin tətbiqinə başlanılır

“Azərbaycan Dəmir Yolları” QSC Azərbaycan Mərkəzi Bankı, “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Visa” beynəlxalq kart təşkilatı ilə birlikdə Abşeron Dairəvi Dəmir Yolu Xəttində bank kartları ilə ödənişin tətbiqinə başlayır.

Boyukmillet.com  xəbər verir ki, Bakı-Sumqayıt qatarının sərnişinlər xəttin 14 stansiyasında təmassız ödəniş imkanından istifadə edə biləcəklər.

Stansiyaların hamısında hər iki istiqamətdə təmassız ödəniş üçün oxuyucu cihazlarla təchiz edilmiş turniketlər quraşdırılıb. Bu layihənin bir hissəsi kimi sərnişinlər 27 biznes terminalı vasitəsilə təmassız ödəniş edərək biletlərin katqqoriyasını biznes sinfinə yüksəldə bilərlər.

Check Also

Kredit, intiharlar, “ölü pulu”, “nisyə həyat”: DSX hərbiçilərinin düşdüyü vəziyyət

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli …