Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Bakı Gənclər Mərkəzi “Uşaqlar günü”nə həsr olunmuş konsert təşkil etdi – Foto

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Bakı Gənclər Mərkəzi tərəfindən Sabunçu rayon Heydər Əliyev adına istirahət parkında bayram konserti təşkil olunub.

Konserti giriş sözü ilə açan Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva uşaqları təbrik edərək, onların Azərbaycanın gələcək inkişafındakı rolunu xüsusilə vurğulayıb. Konsertdə Həyat Rəqs Ansamblının üzvləri öz maraqlı rəqs nömrələri ilə çıxışlar edərək, bayrama daha da rəng qatdılar.

Ansamblın üzvləri fəxri diplomlarla təltif olundular.

Əziz uşaqlar, bayramınız mübarək!

Check Also

Burada maşınların hərəkəti tamamilə qadağan ediləcək

İçərişəhər qoruq ərazisində nəqliyyatın hərəkət sxemi yenilənir.  Boyukmillet.com xəbər verir ki, bu barədə İçərişəhər Dövlət …