Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

“Bakı Xəbər” qəzetinin 19 yaşı tamam oldu

Bu gün Azərbaycan mediasında öz dəsti-xətti ilə seçilən “Bakı Xəbər” qəzetinin 19 yaşı tamam olur.

“Bakı Xəbər” 2003-cü il sentyabrın 4-də oxucularına ilk buraxılışını təqdim edib. Qəzet daim obyektiv və tərəfsizliyini qoruyub saxlamaqla Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləro mütəmadi oxuculara çatdırır.

Bununla yanaşı, “Bakı Xəbər” müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları ilə oxucuları hər zaman maarifləndirir. Qəzetin baş redaktoru tanınmış jurnalist Aydın Quliyevdir.

Boyukmillet.com xəbər portalının kollektivi həmkarlarını bu əlamətdar gün münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır.

Check Also

“Yandex”in məlumat mərkəzi fəaliyyətini dayandırdı

“Yandex” şirkətinin Rusiyanın Vladimir şəhərində yerləşən məlumat mərkəzi pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində fəaliyyətini …