Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Bakıda 13 yaşlı qız özünü 4-cü mərtəbədən atıb

Bakıda 13 yaşlı yeniyetmə qız ağır bədən xəsarətləri alıb.

Boyukmillet.com-un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü A.V özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb.

Yaralı ağır vəziyyətdə təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və daxili qanaxma diaqnozları qoyulub.

Yeniyetmənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Check Also

Cəlilabadda 17 yaşlı yeniyetmə 4 bıçaq xəsarəti alıb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü …