Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Bakıda 2 kq-a yaxın heroin və metamfetamin aşkar edilib

Keşlə və “NZS” qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı Keşlə və “NZS” qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vüsal Zülfəliyev saxlanılıb. Bu şəxsdən 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. O, ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq niyyəti ilə onlayn yolla aldığını bildirib.

Vüsal Zülfəliyevin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …