Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Bakıda ana və övladları ölümdən son anda qurtuldu – VİDEO

Paytaxt yollarında hərəkətin təhlükəsizlik səviyyəsinin artırılması ilə bağlı ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq Bakıda 139 küçədə təhlükəsizlik tumbaları quraşdırılıb.

Bu barədə “Report” Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.

Məlumatda bildirilir ki, tumbalar əsasən qəza riski yüksək olan yollarda və yol kəsişmələrində quraşdırılır:

“Paytaxtın digər ərazilərində də təhlükəsizlik tumbaların quraşdırılması istiqamətində tədbirlər davam etdirilir. BNA-nın yollarda quraşdırdığı təhlükəsizlik tumbası baş verən qəza zamanı səkidəki uşaqların həyatını xilas edib. Qəza zamanı idarəetmədən çıxan avtomobil səkiyə doğru hərəkət etsə də tumbaya dəyərək dayanır. Nəticədə səkidəki uşaqlar zərbədən xilas olur”.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …