Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Bakıda avtomobil gənc qadını vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Mahmudova Gülnarə İbad qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması diaqnozu qoyulub. G.Mahmudova reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …