Cümə , 13 Mart 2026
Drone Cameras

Bakıda avtomobillə toqquşma təhlükəsi ilə üzləşən motosiklet sürücüsü qəza törədib

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com-un məlumatına görə, hadisə Qarabağ rayonunda qeydə alınıb.

Ələt qəsəbəsində 1963-cü il təvəllüdlü Hüseynov Surxay İmamverdi oğlu motosikletlə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə motosiket aşıb. Ağır bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

S.Hüseynovun dediyinə görə, hərəkətdə olarkən qarşısına gözlənilmədən “KaMAZ” markalı yük avtomobili çıxıb. Bu zaman o idarəetməni itirərək qəza törədib.

Hadisənin təfərrüatı araşdırılır.

Check Also

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu …