Bazar , 19 Yanvar 2025
Drone Cameras

Bakıda Azərbaycan-BMT əməkdaşlığının 30 illiyinə həsr olunmuş sərgi açılıb

Bakıda Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında əməkdaşlığın 30 illiyinə həsr olunmuş fotosərginin açılışı olub.

Boyukmillet.com xəbər verir ki, sərginin açılış mərasimində BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva və xarici işlər nazirinin müavini Elnur Məmmədov iştirak ediblər.

Nazir müavini sərgidə 30 illik əməkdaşlığın əsas hadisələrinin əks olunduğunu bildirib.

Onun sözlərinə görə, bu illər ərzində Azərbaycan uzun yol keçib və BMT-nin sadiq tərəfdaşına çevrilib: “Azərbaycan təşkilatın əsas prinsiplərini, o cümlədən təhlükəsizlik və sülhü hər zaman dəstəkləyib”.

E.Məmmədov Azərbaycanın pandemiya ilə mübarizə sahəsində beynəlxalq arenada, o cümlədən Qoşulmama Hərəkatına sədrlik çərçivəsində göstərdiyi səyləri vurğulayıb.

Qeyd edək ki, Azərbaycan 1992-ci il martın 2-də BMT-yə üzv qəbul olunub. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi həmin ilin mayın 6-da açılıb.

Check Also

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə əlaqədar istiqamətlər müəyyənləşib

Görüş Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə reallaşıb Yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət …