Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Rusiya İzyum şəhərini bombalayıb, uşaqlar da daxil olmaqla bir neçə nəfər ölüb

Rusiya hərbçiləri Ukraynanın Xarkov əyalətinin İzyum şəhərini bombalayıb.

“Boyukmillet.com”un UNİAN-a istinadən məlumatına görə, bu barədə şəhərin meri Volodimir Matsokin bildirib. O, Rusiya hərbçilərinin şəhərə növbəti hücumu barədə məlumat verib. Volodimir Matsokinin sözlərinə görə, atəş nəticəsində ölənlər var.

Mer bildirib ki, hücum yerli vaxtla saat 23:59 radələrində başlanıb, hündürmərtəbəli binaya və fərdi yaşayış evinə zərbə endirilib. Fərdi evdə azı 6 mülki şəxs həlak olub. Onlardan ikisi uşaqlardır.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …