Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Bakıda bankirin oğlu iynədən şoka düşərək öldü

“Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin 15 yaşlı oğlu vəfat edib.

Boyukmillet.com xəbər verir ki, hadisə ötən gün Bakı şəhəri Məmməd Araz küçəsi 2 ünvanında qeydə alınıb.

Belə ki, axşam saatlarında yeniyetmənin hərarəti artıb. Ona ev şəraitində iynə vurulub. Mərhum iynədən sonra anaflaktik şok keçirib. Dərhal özəl xəstəxanadan təcili yardım çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı demokrat.az saytı yayıb.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …