Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Bakıda beş nəfərin ölümünə səbəb olan 19 yaşlı sürücünün məhkəməsi başlayır

Bakıda beş nəfərin ölümünə səbəb olan Mahmud Əzizovun məhkəməsi başlayır.

Boyukmillet.com  xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Məhəmməd Əkbərovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında aeroport şossesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 19 yaşlı M.Əzizov idarə etdiyi 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili ilə ağır yol nəqliyyat hadisəsi törədib. Qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

M.Əzizova qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Check Also

Qarlı havaya görə 15 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub

Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 …