Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Bakıda bu klinikalar xəstə qəbulunu dayandırıb? – Açıqlama

Sosial şəbəkələrdə koronavirusa görə Mərkəzi Klinika və Milli Onkologiya Mərkəzində xəstə qəbulunun dayandırılması və xəstəxanadakı xəstələrin evə buraxılması barədə məlumat yayılıb. İddia edilib ki, sözügedən xəstəxanalar yalnız koronavirusa yoluxan şəxslər üçün fəaliyyət göstərəcək.

Boyukmillet.com bildirir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli yayılan məlumatları şayiə adlandıraraq, onkoloji xəstələr üçün mərkəzin fəaliyyət göstərdiyini bilidirib:

“Milli Onkologiya Mərkəzi hər zamankı kimi fəaliyyətini davam etdirir və xəstə qəbulu da dayandırılmayıb. Hazırda burada xəstələr əməliyyat olunur. Gəlib özünüz də görə bilərsiniz”.

Sözügedən iddia ilə Mərkəzi Klinikadan da bildirilib ki, xəstə qəbulu dayandırılmayıb və xəstəxanada pasiyentlərin müalicəsi davam etdirilir.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …