Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Bakıda daha bir icra başçısı müavinini İŞDƏN ÇIXARDI

Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Etibar Əhmədov vəzifəsindən azad olunub.

Boyukmillet.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Rafiq Quluyev əmr imzalayıb.

Qeyd edək ki, E.Əhmədov 1956-cı ilin oktyabrın 24-də Balakən rayonunda anadan olub. O, 2011-ci ildən Xətai RİH başçısının müavini vəzifəsində işləyib. Ondan əvvəl isə RİH-də müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, daha əvvəl paytaxtın Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev vəzifəsindən azad olunub.

Check Also

Yağışdan sonra sürüşmə zonaları aktivləşib- Rəsmi

Son günlər yağan intensiv yağıntılar nəticəsində ölkə ərazisində mövcud sürüşmə sahələrində müəyyən dəyişikliklər qeydə alınıb. …