Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Bakıda doğum günü məclisindən qayıdanlar qəzaya düşdü: Maşın körpüdən aşdı

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Zaur Əlizadə idarə etdiyi BMW markalı avtomobillə hərəkətdə olan zaman Bakı-Sumqayıt şossesində körpünün üzərindən avtomobili aşırıb. 

Qəza nəticəsində sürücü Z.Əlizadə, sərnişin 26 yaşlı Emin Əliyev ağır xəsarət alıb. Digər sərnişin Şahin Məmmədov hadisə yerində ölüb. 

Qeyd edək ki, yaralılar Z.Əlizadənin doğum günü məclisindən çıxıblar.

Check Also

BMT ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi: Azərbaycan səsvermədə iştirak etmədi

Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı …