Bazar , 11 Yanvar 2026
Drone Cameras

Bakıda gənclər əhaliyə bayraq payladı

Gənclər və İdman Nazirliyi ilə AFFA bayraq aksiyası təşkil edib. 

Boyukmillet.com-un məlumatına görə, gənclər paytaxtın 3 fərqli hissəsində bayraqlar paylayıblar. 

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədova jurnalistlərə açıqlamasında aksiyanın “Biz birlikdə güclüyük” adlandığını bildirib: 

“Gənclər Azərbaycan vətəndaşlarına, əhaliyə bayraq paylayırlar. Hamıya bəllidir ki, gərgin döyüşlər gedir. Bayraqların eyvanlardan asılması, maşınlarda çox olması xalqımızın birliyidir, bayrağa və vətənə olan sevginin rəmzidir. Gənclər şəhərin 3 nöqtəsində, dayanacaqlarda maşınlara bayraqlar paylayırlar ki, bu gün şəhərimizdə daha çox bayraq olsun, birliyimiz daha da möhkəmlənsin”.

Nazirlik rəsmisi aksiyanın gün ərzində davam edəcəyini də diqqətə çatdırıb: “Bu aksiya çərçivəsində minə yaxın bayrağın paylanılması nəzərdə tutulur. Bu, bizim əsgərlərimizlə həmyerliyimizi, onlara dəstəyimizi və Vətənə sevgimizi göstərir”.

Check Also

Kredit, intiharlar, “ölü pulu”, “nisyə həyat”: DSX hərbiçilərinin düşdüyü vəziyyət

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli …