ADA Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfrans keçirilir.
Boyukmillet.com xəbər verir ki, tədbirdə otuz səkkiz ölkədən 60-dan çox nümayəndə iştirak edir.
Konfransı giriş sözü ilə açan universitetin prorektoru Fariz İsmayılzadə deyib ki, bu tədbir Avrasiya regionunda gələcək tendensiyaların müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.
ABŞ Dövlət Departamentinin keçmiş nümayəndəsi Devid Marklın sözlərinə görə, Azərbaycan Avrasiyada geostrategiyanın müzakirəsi baxımından həlledici rola malikdir. “Bu dövlətə böyük liderlər rəhbərlik edib. Mən tez-tez bura səfər edirəm”, – o söyləyib.
F.İsmayılzadə bildirib ki, bu tədbir diqqəti bölgənin gələcəyinin necə olacağına və bunun üçün hansı imkanların açıldığına yönəltmək baxımından böyük önəmə malikdir.