Şənbə , 26 Aprel 2025
Drone Cameras

Bakıda koronavirusa görə küçələr yuyulur – VİDEO

Artıq bir neçə gündür ki, koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında xüsusi Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən xüsusi texnikalar vasitəsi ilə şəhərin küçələrinin yuyulması aparılır. 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, bu prosses gündəlik olaraq səhər saat 05:00-dan 08:00-dək, axşam saatlarında saat 21:00-dan 23:00-dək keçirilir.

Ötən gün axşam saatlarında paytaxtın Nizami, Xətai, Sabunçu, Suraxanı, Xəzər, Yasamal, Nəsimi rayonlarında keçirilən yuyulma işləri bu səhər yenidən Nizami, Xətai, Sabunçu, Suraxanı, Xəzər, Yasamal, Nəsimi və Səbail rayonlarında davam etdirilib. Bu prosses paytaxtın bütün rayonlarındakı əsas, köməkçi və ara küçə və yolları əhatə edir.

Bundan əlavə, gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, lift kabinlərində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə kommunal və digər aidiyyəti qurumlar tərəfindən dezinfeksiyaedici tədbirlər aparılır.

Check Also

“Rus Evi”-nin əsl sifəti ifşa olundu – Ukraynaya qarşı döyüşmək üçün muzdlular toplayırlar

Məlum olduğu kimi, Bakıdakı “Rus Evi” haqlı olaraq hökumət tərəfindən bağlanandan sonra Rusiya rəhbərliyi müxtəlif …