Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Bakıda məhkəməsi davam edən erməniəsilli şəxslərlə bağlı xüsusi sənədli filmin çəkilməsi təklif olunur

Azərbaycana qarşı separatizmdə ittiham edilən ermənilərin məhkəməsindən xüsusi sənədli film çəkilməlidir.

Boyukmillet.com xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında deyib.

O qeyd edib ki, film Azərbaycan tarixi üçün önəmlidir:

“Həmçinin təklif edirəm ki, həmin məhkəmələrə beynəlxalq ekspert və hakimlər də dəvət olunsun. Bu, ermənilərin törətdiyi cinayətlərin dünyaya çatdırılması üçün vacibdir”.

H.Babaoğlu eyni zamanda qeyd edib ki, Xocalı hava limanının simvolik əhəmiyyəti var:

“Onun yenidən istismara verilcəyinə ümdi edirəm”.

Check Also

Parlament 12 məsələnin müzakirəsi üçün toplaşacaq

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında – oktyabrın 27-də 12 məsələ müzakirə ediləcək. Boyukmillet.com xəbər verir …