Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Bakıda mənzildən ər-arvadın meyiti tapılıb

Bakıda mənzildən iki nəfərin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) “Report”a verilən məlumata görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Məmmədova Esmira Tələt qızının və 1955-ci il təvəllüdlü Məmmədov Aydın Nizami oğlunun meyitlərini aidiyyəti üzrə təhvil veriblər.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …