Bazar , 11 Yanvar 2026
Drone Cameras

Bakıda NATO-nun təlimi başlayıb

Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda NATO-nun Brunssum şəhərində (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən “NATO-da əməliyyatın planlama prosesi” mövzusunda təlim kursu keçirilir.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Kurs müddətində dinləyicilərə NATO haqqında ümumi məlumat, ştat strukturu və əməliyyatların planlama prosesi ilə bağlı müxtəlif sahələr üzrə brifinqlər təqdim olunur.

Həmçinin mövzuya dair fikir mübadiləsi aparılaraq, praktiki qrup çalışmaları yerinə yetirilir.

Check Also

DSX-nin hərbi qulluqçusunun güllələnərək öldürüldüyü bildirilir

Dövlət Sərhəd Xidmətinin (DSX) Yardımlı rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən hərbi qulluqçunun …