Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Bakıda nazirliyin qurumu qarət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Bakı şəhəri üzrə 5 saylı Tibbi-Sosial Ekspert Komissiyasında (TSEK) oğurluq hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə TSEK-in paytaxtın Nərimanov rayonu ərazisində yerləşləşən binasında qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər TSEK-ə məxsus bir neçə kompüter və printeri oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …