Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Bakıda ödəmə terminalından 7 min manat oğurlayanlar saxlanılıblar

Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən marketlərdən birinin qarşısında quraşdırılan ödəmə terminalından 6 999 manat oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən  verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən Astara rayon sakini, 1995-ci il təvəllüdlü Asim Əsədli və Masallı rayon sakini, 1994-cü il təvəllüdlü Xəyal Məmmədov saxlanılıblar.

Faktla bağlı Xəzər RPİ-də Cinayət İşi başlanılıb istintaq tədbirləri davam etdirilir. A.Əsədli və X.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Check Also

Xaçmazda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs olunublar

Xaçmazda yol polisi əməkdaşları narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü – Hikmət …