Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Bakıda polisə silahlı müqavimət göstərən şübhəli zərərsizləşdirilərək saxlanılıb

Bakıda polisə kəsici alətlə müqavimət göstərən şübhəli şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, gecə saatlarında narkotik vasitələrlə əlaqəli şübhəli şəxs saxlanılarkən cinayət təqibindən yayınmağa çalışıb.

Əvvəllər dəfələrlə məhkum olunan 1986-cı il təvəllüdlü Rahib Məmmədov əlindəki kəsici alətlə (rezakla) polis əməkdaşlarına müqavimət göstərib.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, şübhəli müqaviməti davam etdirdiyinə görə polis tərəfindən xidməti tabel silahı tətbiq edilməklə zərərsizləşdirilib. Ona ilkin tibbi yardım göstərilməklə müvafiq xəstəxanaya yerləşdirilib.

Onun üzərindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq hərəkətləri aparılır.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …