Cümə axşamı , 3 Aprel 2025
Drone Cameras

Bakıda qəza baş verən ərazidə obyektləri su basıb

Bakının Yasamal rayonunda magistral su kəmərində baş vermiş qəza nəticəsində ərazidə yerləşən bəzi obyektləri su basıb.

Boyukmillet.com xəbər verir ki, ərazidən suyun çəkilməsi işləri davam etdirilir.

Qeyd edək ki, səhər saatlarında Yasamal rayonunun Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları vasitəsilə ərazidən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilir.

(Report)

Check Also

Kübarlıqla şəfqətin vəhdətini yaradan həkim

İnsanı təbrik edəndə, xoş münasibət bildirəndə əsas arzularımızdan biri can sağlığı olur. “Can sağlığı arzu …