Bazar , 12 May 2024
Drone Cameras

Bakıda qəzaya düşən sürücü xəstəxanada ölüb

Bakıda qəzaya düşən sürücü xəstəxanada ölüb.

Boyukmillet.com xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Rzazadə Qasım Əlimusa oğlu idarə etdiyi “Mercedes” markalı avtomobili ilə 1999-cu il təvəllüdlü Qasımov Nuhid İltifas oğlunun idarə etdiyi “Toyota” markalı avtomobil ilə toqquşub. Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü Q.Rzazadə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin o, mayın 1-də həmin xəstəxanada ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Check Also

Azərbaycanda 2 tələbə faciəvi şəkildə öldü – FOTO

Naxçıvan şəhərində iki gəncin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Bomillet.com xəbər verir ki, …