Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Bakıda sabiq icra başçısının oğlu arvadının boğazını kəsdi

Paytaxtın Yasamal rayonunda Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğlu həyat yoldaşını bıçaqlayıb.

Boyukmillet.com Unikal.org-a istinadən əldə etdiyi məlumata görə, keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızının bədən və boğazından bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ceyhun Nizami oğlu Bəhmənov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Image result for Şuşa şəhər icra hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənov"

Check Also

Süni intellekt bütün dünyada uşaqların təhsilini, oyunlarını və psixologiyasını necə dəyişdirir

Uşaqların həyatında süni intellektin (Sİ) rolu sürətlə artır – məktəb dərslərindən tutmuş ev oyunları və …