Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Bakıda şagirdlərin müəllimi döyməsi ilə bağlı məlumata aydınlıq gətirilib

Bakı şəhəri Xətai rayonu 17 nömrəli tam orta məktəbdə şagirdlərin müəllimi döyməsi ilə bağlı məlumata aydınlıq gətirilib.

“Report”un sorğusuna cavab olaraq məktəbdən bildirilib ki, bununla bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır.

“Ümumiyyətlə, 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir. Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır” – məktəbdən bildirilib.

Check Also

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. …