Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Bakıda tarixi binaya müdaxilə edildi – Foto

Bakıda tarixi binaya kondisioner quraşdırılıb.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə foto paylaşılıb.

Belə ki, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 24 ünvanında yerləşən Memarlar İttifaqının binasına çoxsaylı kondisioner, hətta peyk anteni quraşdırılıb. Bina tarixi əhəmiyyətli tikili olduğuna görə fasadına ziyan verilməsi narahatlığa səbəb olub.

Bununla bağlı tənqidlərini qeyd edən sosial şəbəkə istifadəçiləri Memarlar İttifaqını qeyri-peşəkarlıqda ittiham ediblər.

Check Also

YAP: İranın Naxçıvana dron hücumu xain təxribat cəhdidir

İranın Naxçıvana dron hücumunu iki ölkənin münasibətlərinin ruhuna və beynəlxalq hüquq normalarına zidd olan xain …